Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏBƏRSİZ
zərf 1. Xəbər vermədən, demədən, soruşmadan, qabaqca bildirmədən; icazəsiz. Bir gün xanlara tamaşaya gələn qızların içində Iskəndərin bacısı Leyla da var idi, qardaşından xəbərsiz qızlara qoşulub gəlmişdi. E.Sultanov. [Növrəstə:] Məndən xəbərsiz məni necə ərə verərsən? Ə.Haqverdiyev.
Məlumatsız, biliksiz. Işlərdən tamamilə xəbərsizdir.
məc. Qayğısız, heç bir şeyin fikrini, dərdini çəkməyən. Səriyyə xala geri döndü və iki körpə qız uşağının hər şeydən xəbərsiz (z.) yatdığı tərəfə baxdı.. M.İbrahimov. Xəbərsiz olmaq - məlumatı, xəbəri olmamaq. ..[Pərşan] bütün günü evdən çıxmadığını, kino məsələsindən xəbərsiz olduğunu gizlətsə də, hər halda marağını yatıra bilmədi. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....