Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

XƏBƏRDARLIQ

is. 1. Xəbərdar etmə, məlumat vermə, qabaqcadan demə, bildirmə. Xəbərdarlıq üçün gələn qadın Tanya idi. A.Şaiq. Dəstə hərəkətə gəlməkdə ikən, kiminsə bərkdən bu xəbərdarlığı eşidildi.. Ə.Əbülhəsən. Zərqələmin bu xəbərdarlıqdan məqsədi vardı. Ə.Sadıq.
2. Qəbahət edənə bir daha qəbahəti təkrar etməmək üçün verilən göstəriş. □ Xəbərdarlıq etmək - qabaqcadan demək, bildirmək, çatdırmaq. ..Güldəstə gərgin halda xəbərdarlıq etdi. H.Seyidbəyli. Usta əlindəki taxtanı kəndirlə möhkəm bağladı, xəbərdarlıq edib kəndiri dartdı. M.Süleymanov. Xəbərdarlıq vermək - xəbərdar etmək, qabaqcadan demək, bildirmək. [Toğrul:] Yoldaş Imamyar doğru deyir, [Yaşar] mənə demişdi, ..xəbərdarlıq vermişdi. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....