Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏBƏRÇİ
is. 1. Xəbər gətirən, müjdəçi. Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç bir şeyi gizlətməyib, ona dürüst xəbər versin. F.Köçərli.
2. Xəbərçilik edən, xəbərçiliklə məşğul olan; çuğul, donosçu; adamsatan. Xəbərçi yalançı olar, yalançı xəbərçi. (Ata. sözü). Onun tərəfindən olun arxayın; Yoxdur kəndimizdə xəbərçi, xayın. H.K.Sanılı. [Qızıl Arslan Toğrula göndərdiyi məktubda] Rəiyyətinə o qədər adil və mehriban olmalısan ki, ətrafında casus, xəfiyyə və ya xəbərçilər saxlamağa ehtiyac qalmasın. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....