Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XEYRAT
is. [ər.] din. Ölmüş adamın xatirəsinə verilən yemək; ehsan. Dedi ki, mən edən zamanda vəfat; Dəfn edin, verməyin mənə xeyrat. S.Ə.Şirvani. ..Elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil və nəsihət eləməyə ki, çaxır içib keyflənməsinlər və palaz-paltarlarını satıb xeyrat verməsinlər. “Mol. Nəsr.” // Savab üçün verilən pul, yemək və s., habelə savab üçün edilən işlər. Xeyrat paylamaq. - Günlərin bir günündə bir molla Coratdan Türkana xeyrat yeməyə gedirdi. (Nağıl). Halvanın və xeyrat plovlarının savabını və lazım olmadığını dananlar kafir və mürtəddirlər.. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....