Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XEYİRXAH
sif [ər. xeyir və fars. xah] Başqasının və hamının yaxşılığını istəyən, başqalarına kömək edən, yaxşılığa çalışan; qayğıkeş. Xeyirxah adam. - [Almaz Xanımnaza:] Şərif çox yaxşı adam imiş, ana. Mən heç gözləməzdim. İşlək, çalışqan, xeyirxah. Cabbarlı. [Rəşid:] Qurbanqulu həmişə xalqın xeyirxahı (is.) hesab olunardı. T.Ş.Simurq. [Müvəkkil:] Siz xeyirxah adamsınız, yoldaş Qaradağlı, bəlkə məsələ qaldırasınız, bulağın üstündə Səməd Vurğunun heykəlini qoyalar. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla