Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XEYİR
is. [ər.] 1. Fayda, mənfəət. Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. Atalar, babalar əkiblər, tər töküb becəriblər, xeyrini biz görürük. Mir Cəlal. □ Xeyir dəymək (gəlmək) - faydası olmaq, xeyri olmaq. Axı, düzünü bilsəm, bundan mənə xeyir gələr ki, ziyan gəlməz. M.Hüseyn. [Qoşqar:] Soyuqqanlı fikir mübadiləsi olmayan yerdə heç vaxt ümumi işə xeyir dəyməz, yoldaş Əmirli. İ.Hüseynov. Xeyir eləmək bax xeyir görmək. Eşqin məni gündəngünə qeyr elər; Səni sevən, əlbəttə ki, xeyr elər. M.V.Vidadi. Xeyir gətirməmək - heç bir xeyri olmamaq, ziyan vermək, zərəri olmaq. [Rəhim xan Sitarəyə:] Dilin çox itidir. Hər halda ziyandan başqa sənə bir xeyir gətirməz. C.Cabbarlı. Xeyir görmək mənfəət götürmək, xeyri olmaq, faydalanmaq. [Hacı Əhməd Almaza:] Biz dedik ki, biz də rahat qalaq, sən də bu kənddən xeyir görəsən. C.Cabbarlı. [Pərinin əri:] Qızı nə qədər tez ərə versən, bir o qədər xeyir görərsən, canın rahat olar. Ə.Vəliyev. Xeyir vermək - mənfəət vermək, fayda vermək. [Qurban:] Molla, mənə bir məktub yaz. Bilirsən ki, hər il sənə nə qədər xeyir verirəm. A.Şaiq. Biz hələ bundan sonra çalışıb insanlara xeyir verə bilərik. M.Hüseyn. Xeyri qalmamaq - daha heç bir faydası olmamaq, artıq işə yaramamaq, işlənməz, yararsız hala gəlmək. Xeyri yox - artıq işə yaramır, faydasızdır. Sığallı, səksəkəli, sətirləri ləkəli; yüz eyhamlı, kölgəli; tənqidin həm şairə, həm də onu yazana; vallah, bir xeyri yoxdur. R.Rza. Öz xeyrini güdmək - ancaq öz mənafeyi üçün çalışmaq. Dövlətlilər ancaq öz xeyirlərini güdürdülər. Ə.Sadıq. // Qazanc, fayda. [Hacı Qara:] ..Yüz manat xeyir hardan yetişəcək? Bu xeyri yetirən kimdir? M.F.Axundzadə.
Yaxşılıq, yaxşı iş. □ Xeyir iş görmək - yaxşılıq eləmək.
□□ Xeyir xəbər - xoş xəbər, ürəkaçan xəbər, yaxşı xəbər, sevindirici xəbər. [Hacı Kamyab:] Çox mübarək və böyük səadətdir. Bu saat gedim bu xeyir xəbəri qızın anasına da yetirim. Mürəxxəs olum. Ə.Haqverdiyev. Xeyir iş - 1) evlənmə, nikah, toy, nişan, düyün. [Əfifə:] Zəhmət haqqı olmasa da, mən bu vəzifəni bitirə bilərəm. Madam ki, xanımın xeyir işi vardır, haman xeyir işdə iştirak etmək lazımdır. M.S.Ordubadi; 2) faydalı, sevindirici. Bir kəndin ki koxası Mürşüd ola, heç olar ki, orada xeyir iş ola? (Ata. sözü). Qəzetləri də bir-birinə vurdum, heç bir yerdə Sultan tərəfindən bir xeyir iş baş verdiyini görmədim. C.Məmmədquluzadə. Xeyir ola? Xeyir olsun? Xeyir xəbər ola? - heyrət, maraq, təəccüb məqamında işlənən sual ifadəsi. [Asya:] ..Görəsən bu bizə nəyə gəlir, xeyir xəbər ola?.. Ü.Hacıbəyov. Usta Zeynal xəbər aldı: - A mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola? Ə.Haqverdiyev. Xeyrini görəsən! yeni alınan, əldə edilən şey haqqında xoş arzu bildirir (bəzən istehza yolu ilə deyilir). Xeyrini görmək - istifadə etmək, faydalanmaq. Axşamın (sabahın) xeyir! - səhər (axşam) görüşüb salamlaşdıqda işlənən ifadə. Sabahınız xeyir, Səmirə xanım! M.Hüseyn. Allah xeyrə calasın! Allah xeyir versin! xoş arzu, uğur arzusu bildirən ifadə. [Cahan:] Nə deyirəm, Allah xeyir versin! Ü.Hacıbəyov. [Məşədi Səfdər:] Arvad, Allah xeyrə calasın, bu genə nə qırmızı kəsim-biçimdir? M.Əliyev. Başıma xeyir!
təəccüb, heyrət ifadəsi. Boy, başıma xeyir, buna bax, buna; Elə bil borcluyam zalım oğluna. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....