Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

XARİC

is. [ər.] 1. Bayır, dışarı; bayır tərəf (daxil əksi). Binanın xarici. Bu evin xarici daxilindən gözəldir. - Sonra birdən o, xaricdən gələn səslərə qulaq asmağa başlayır. S.Rəhman. □ Xaric etmək - qovmaq, kənar etmək, çıxarmaq. [Fərhad Mirzə Sadığa:] Baba, tez məni [saraydan] xaric edin. C.Cabbarlı. Yoldaşlarından birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. S.S.Axundov. Xaric olmaq - kənar olmaq, çıxmaq. [Qızıl Arslan:] Bu məktubu alandan bir həftəyə qədər öz qoşununu padşaha təslim verib islam məmləkətlərindən xaric olmalısınız! M.S.Ordubadi. Xarici ölkə, məmləkət. Xaricdən gələn mallar. Xaricdə yaşamaq. - Günlər keçir, xaricdən qəsəbəyə kimsə gəlməyirdi. H.Nəzərli.
Musiqidə: mövcud ölçü və ahəngdən kənara çıxma, yanlış çalma, ya oxuma. Xaric vurub zil pozuldu; Indi bəmdən oxu, bülbül. N.Kəsəmənli.
□□ Xaric dəftəri dəft. - idarədən çıxan məktubları, təliqələri qeyd etmək üçün dəftər.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....