Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XANƏXƏRAB
sif. [fars.] klas. Bədbəxt, zavallı, yazıq, evi yıxılmış (adətən təəssüf, mərhəmət məqamında işlənir). Düşdü əlimə bir gecə bir şişə şərab; Gətdim evə, sübh içim məni-xanəxərab. S.Ə.Şirvani. Ər deyil, şair imiş xanəxərab; Fikri yazmaq, oxumaq, şüğlü kitab. M.Ə.Sabir. Bu xanəxərab [arvad] neçə yaşındadır məyər? N.Vəzirov. □ Xanəxərab etmək - bədbəxt etmək, evini yıxmaq. Yox, yox, başına dönüm, a molla, məni xanəxərab edərsən. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....