Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XALTA
is. Heyvanların (əsasən itin) boynuna keçirilən qayış; boyun halqası. Axırda ayı dartınıb xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifin üstünə atdı. S.S.Axundov. Atı qolbənd eləyən Sarı Imaməli xaldar tulanın xaltasından bərk-bərk yapışmışdı. S.Rəhimov.
□□ Başına (boynuna) xalta salmaq (keçirmək) - 1) özünə tabe etmək, öz itaəti altına almaq. Keçirdik öz əlimizlə; Boynumuzu biz xaltaya; Sap olmadıq bir baltaya. Vahabzadə; 2) tez, vaxtından əvvəl evlənən adama zarafatla söylənən ifadə. Nə tez başına xalta saldın? - [Xəlil Pərvizə:] Hamı sənin kimi başına vaxtsız xalta salmaz ki... Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....