Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XALİS
sif [fars.] 1. Heç bir qatışığı olmayan, saxta olmayan; saf, təmiz. Xalis gümüş. Xalis yun. Xalis spirt. - [Hacı Qara:] Əgər nəqd pulunuz yox isə, mən yağ ilə sövda edərəm, bəşərti ki xalis inək yağı ola. M.F.Axundzadə. [Hurizad] xalis xına tapmadığı üçün başını “türkəsayaq” davalarla boyar(dı). Çəmənzəminli. [Oğlan:] Biz bu daş-qaşı xalis qızıla satırıq, bəy! S.Rəhimov. // Düzgün, təmiz. [Oğlan] gülə-gülə və oranın yerli şivəsinə uyğun, xalis və təmiz bir Azərbaycan dilində mənə cavab verdi. M.Rzaquluzadə.
Əsil, həqiqi. ..[Mirzə] başının tüklərini pırtlaşdırıb özünə bir laübalı sifət verib aynaya baxdı və dedi: - Afərin, Səfər, indi xalis şairsən! Ə.Haqverdiyev.
məc. Məsum, ismətli, bakir, təmiz. Qardaşlar qızı yuxarı çəkib gördülər ki, bu qız deyil, xalis mələkdir. (Nağıl).
məc. Səmimi, doğru, saf. Qızxanım xala dəxi səbəti boşaldıb verdi və üzünü qibləyə, əllərini göyə tutub, xalis ürəklə onlara dua etdi. “Məktəb”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla