Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XAL-XAL
sif Xallı, xallarla örtülü, xallarla bəzəkli, üstündə xallar olan. Xal-xal parça. Xal-xal örpək. Xal-xalpaltar. - Əlində qırmızı xal-xal çamadan; Gedir kənd yoluyla cavan bir oğlan. B.Vahabzadə. Xal-xal olmaq - 1) parça-parça olmaq, tikə-tikə olmaq, parçalanmaq. Vaza əlimdən düşüb xal-xal oldu. - Təzə ay göydə yandı; Ucu qıyqac dayandı; Buludlar oldu xal-xal. M.Dilbazi; 2) üzərində xallar əmələ gəlmək, xallarla örtülmək, xal kimi olmaq. Oğlanın solğun yanaqları qızarıb xalxal oldu. M.Hüseyn. ..Divarların suvağı xalxal olmuş, yağışdan yuyulmuş kərpiclərin sarı samanı biz-biz çıxmışdı. I.Hüseynov. Məmmədsadıq kösövləri yağışdan xal-xal olan ocağın qırağından tərpəndi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....