Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XALA
is. 1. Ananın bacısı. [Sultan bəy:] Xalanın muzdu o olar ki, canı rahat olar. U.Hacıbəyov. Budaq xalasının danışığını maraqla dinləyir, gözünü ondan çəkmirdi. Ə.Vəliyev.
2. Qoca və ya yaşlı qadına müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir. Sürmə xala lap qol zoruna Narıncı geyindirirdi. S.Rəhman. Ehtiyat xala dəmiryoldan xeyli uzaq .. səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal.
□□ Xala xətrin qalmasın - könülsüz, ürəksiz, istəmədən görülən iş və ya deyilən söz haqqında. [Həmzə:] [Səriyyədən] xala xətrin qalmasın, deyə soruşuruq, yoxsa ona kim qulaq asır. C.Cabbarlı. [Vaqifin] arvadı Qızxanım sabahdan bircə dəfə onun yanına gəlib, xala xətrin qalmasın deyə ərinin halını soruşub, yenə çəkilib getmişdi. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....