İzahlı lüğət

XAL

is. 1. Ya anadangəlmə, ya da sonradan dəri üzərində əmələ gələn xırda, dəyirmi ləkə. Üzündə xal var. Qara xal. Zəfiərin yanında ucaboylu, çatma qaraqaşlı, sağ yanağında iri xalı olan bir gəlin vardı. Ə.Vəliyev. [Qızın] sağ yanağındakı xal üzünə xüsusi bir gözəllik verirdi. Ə.Sadıq. Xal kimi - çox kiçik, bambalaca. Ay bir xal kimi uzaqlarda dolaşır. R.Rza. O kimdir; Yüksəlir boşluqlarda; Görünür bir xal kimi. M.Seyidzadə. Bu nədir, Göygöldə kəpənək uçur; Sonsuz mavilikdə ağ bir xal kimi. N.Xəzri.
Cürbəcür saplarla, rənglə vurulan naxış. Xalının əlvan xalları. Gözəl xalları olan cecim. - Söylənir Şəkinin ipək malları; Quba xalçasının qara xalları. S.Vurğun. □ Xal vurmaq - naxış salmaq. Səltənət bu şəkillərə vurduğu hər ilmək, hər xal üstündə əsmişdi. Mir Cəlal.
Qumar kağızının, zərin və s.-nin üstündəki nişanlardan hər biri. İdman yarışlarında və oyunlarında qiymət qoyarkən hesablama vahidi. Komanda gələn görüşləri yüksək səviyyədə keçirib, daha çox xal toplamağa çalışmışdır. // Ümumiyyətlə, say, miqdar bildirir. Bir xal artıq. - [Cəbi:] Getdikcə bir xal azaldardım. S.S.Axundov. [Kərəmxan:] Bu iki xalı elə-belə qəsdən uduzdum. İ.Əfəndiyev.
Musiqinin əsas melodiyası ilə həmahəng olan yeni hissə, yeni cəhət. Səsindəki məlahət və mahnının səmimi ahəngi [Xəlilin] bəzən yanlış vurduğu xalları duymağa qoymurdu. M.Hüseyn. Musiqidən az-çox başı çıxan adam radioda, adını eşitməsə belə, çalanın Qurban olduğunu dərhal təyin edər. Onun özünə məxsus üslubu vardır. Onun vurduğu rənglər, xallar, nida və intonasiyalar zəngin, incə və orijinaldır. I.Əfəndiyev.
□□ Xal vurmaq - fıkrini, sözünü üstüörtülü şəkildə eyhamla, işarələrlə çatdırmaq. [Hümmət] sözünü dəyişib zarafatyana bir xal vurdu. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed