Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XAK
is. [fars.] klas. Torpaq. Kimin yolu düşsə xaki-dərinə; Ox vurar köksünə məlhəm yerinə. Q.Zakir. Kəsilib biryana atılmışdır; Xakinə abi-qəm qatılmışdır. A.Səhhət. Dostun qədəmində bir ovuc xakam; Dost alsın canımı xoş sifətinən. Aşıq Hüseyn.
□□ Xak ilə yeksan olmaq - bax yerlə yeksan olmaq ("yer”də). Dünyada qalınca zində bir an sənsiz; Ey kaş, olam xak ilə yeksan sənsiz. S.Ə.Şirvani. Bir deyən olmadı, ey xanəxarab; Məmləkət xak ilə yeksan oldu! M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....