Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XAHİŞ
is. [fars.] Bir arzunu, ehtiyacı yerinə yetirmək üçün edilən müraciət, təmənna; rica, təvəqqe, istək. Sizdən bir xahişim var. - ..Mən Qasımın xahişini əmələ gətirdim, yəni gedib oturdum onun yanında. Məmmədquluzadə. Bir ittifaq bu xahişi tezliklə əmələ gətirməyə səbəb oldu. S.S.Axundov. // Istək, arzu, tələb. Xahişin tərki-dilü can idi, mən həm etdim; Söylə, ey yar, görüm şimdi nə fərmanın var? M.Ə.Sabir. [Xumar:] Yoxsa bir xahişinmi var, Sənan? Hər nə qəlbində varsa eylə bəyan. H.Cavid. Mehriban Zeynalın bir çox xahiş və tələblərini qəbul edirdi. S.Hüseyn. Xahiş etmək (eləmək) - rica etmək, təmənna etmək, təvəqqe etmək, istəmək. [Nüsrət Toğrula:] Xahiş edirəm, sən mənim işlərimə qarışmayasan. C.Cabbarlı. [Kamal:] Onda xahiş eləyirəm, elə çağırın ki, anası bilməsin. S.Rəhman.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....