Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HÜRKMƏK
f Gözlənilməz səsdən, adamdan və s.-dən qorxub çəkilmək və ya qaçmaq; ürkmək, qorxmaq (heyvanlar və quşlar haqqında). Sərçələr maşın səsindən hürküb uçdu. - Dəvələr hürkərək bir-birinə dəyib bütün yolu tuturdular. M.İbrahimov. ..Qağayılar hürküb qayadan uçmuşdu. S.Vəliyev. // Eyni mənada adam haqqında. Qaranlıqdan hürkmək. - [Fərman Mələyə:] Bilirəm, sən məndən hürkürsən. M.İbrahimov. [Bəhlul:] [Əjdər] elə bil hürkürdü, nədənsə çəkinirdi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....