Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HÜNƏR
is. [ər.] 1. Bacarıq, məharət, ustalıq, qabiliyyət, fərasət. Belə bir işi görmək üçün hünər lazımdır. - ..Hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana.. Məmmədquluzadə. Sənət bir hünərdir, bəli, bir hünər; Ayağın qoy alsın gücünü yerdən. N.Xəzri. □ Hünər etmək - 1) b ax hünər göstərmək. [Qoca kəndli:] Bunun yarısını əkə bilsək, böyük hünər eləmiş olarıq. Ə.Haqverdiyev; 2) cəsarət etmək, şücaət göstərmək. Hünər göstərmək - öz ustalığını, məharətini, bacarığını nümayiş etdirmək. Şiraslan belə bir iş görmək, bir hünər göstərmək istəyirdi. S.Rəhimov. Bəs Yaşar necə bir hünər göstərmişdi ki, ona bu cür ad qoymuşdular? M.Rzaquluzadə. ...hünəri deyil - bacarmaz, edə bilməz, əlindən gəlməz. Gilavarın xətir-hörmət nəzərə almadığı belə bir zamanında .. hətta .. daldalarda gəzmək hər oğulun hünəri deyildi. B.Bayramov.
Çətin şəraitdə mühüm bir işi, tədbiri, tapşırığı həyata keçirmək üçün rəşadət, şücaət, qoçaqlıq, fədakarlıq. - [Koroğlu:] Aləmə bəlli hünərim; Çənlibeldə dəlilərim; Mərd igidə peşkəş sərim; Qaçırtmaz meydandan məni. “Koroğlu”. Nə zaman ki, uçan bir qız seyrə çıxar göyləri; Ağızlardan-ağızlara gəzər onun hünəri. S.Vurğun. Hünər göstərmək - qəhrəmanlıq etmək, qoçaqlıq, igidlik göstərmək. Qolac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. Oğlum bu gün cəbhədədir, nərə çəkir bir nər kimi; Mənim gənclik illərimdə göstərdiyim hünər kimi. S.Vurğun.
klas. Sənətkarlıq, ustadlıq, istedad. Hünər sahibi. - Alimin ki özündə yoxdur hünər; Eləməz bir kəsə kəlamı əsər. S.Ə.Şirvani. Ustadın işin, işlədiyin xam nə bilsin? Elmin, hünərin qiymətin islam nə bilsin? M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....