Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HÜMMƏT

is. [ər.] Cəhd, səy, qeyrət, ələlə verib çalışma, təşəbbüs. El hümməti, el qüdrəti vardır qolumuzda; Bir gün alarıq biz bu qisası yenə səndən. Ə.Vahid. // Yardım, kömək, qeydkeşlik. □ Hümmət etmək - 1) çalışmaq, səy etmək, cəhd etmək, qeyrət göstərmək, əl-ələ vermək, təşəbbüs göstərmək. ..Ümid var ki, Irəvan əhli hümmət edib, az zamanda məktəblərin hər bir mayehtacını düzəldələr. F.Köçərli. [Hacı:] Şamaxılı Şamaxıdan, gəncəli Gəncədən, şəkili Şəkidən, nə ki imkan var hümmət eləyək.. Mir Cəlal; 2) kömək etmək, yardıma qoşmaq, əlindən tutmaq. [Kərəm:] Dağlar, hümmət edin, burda qalmayım; Qalırsam da qürbət eldə ölməyim. “Əsli və Kərəm”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....