Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HÜCUM
is. [ər.] 1. İrəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat; həmlə. Cəbhə boyu hücum. Düşmən üzərinə şiddətli hücum. Hücumun qabağını almaq. - Qala qoşunu düşmənin hücumunu dəf etməyə çalışırdı.. Çəmənzəminli. [Əmrah] düşməni hücum əsnasında öldürdüyündən sevinirdi. M.Hüseyn. □ Hücum çəkmək - 1) bax hücum etmək 2, 3 və 4-cü mənalarda. Sona əyri-əyri baxır Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir. C.Məmmədquluzadə. Illər ötdü, ölkəyə düşdü yenə qanqada; Fateh Sultan Süleyman hücum çəkdi Bağdada. B.Vahabzadə; 2) hamı birdən bir şeyə tərəf sürüb getmək. Camaat hücum çəkdi kassanın qabağına. Ə.Haqverdiyev. Hücum etmək - 1) düşmənə qarşı fəal hərbi əməliyyat apararaq irəliləmək, həmlə etmək. Diviziya düşmənə hücum etdi. - Səfər də bir tərəfdən hücum edib, sağa-sola qılınc çalırdı. Çəmənzəminli; 2) məc. pis niyyətlə bir şeyin və ya bir şəxsin üzərinə yürümək, üzərinə atılmaq, üstünə cummaq. Sərxanın dəstəsi .. darvazaya hücum etdi. M.Hüseyn; 3) birdən üstünə atılmaq. Kəndin girəcəyində itlər bizə hücum etdi. Arılar UstUmUzə hücum etdi; 4) məc. dan. acgözlüklə yeməli bir şeyin üstünə döşənmək, tələsə-tələsə götürüb yemək. Kababın üstünə hücum etdilər; 5) məc. irəliləyərək böyük bir sahəni, ərazini tutmaq; basmaq, yayılmaq. Sel tarlalara hücum etdi. Qırmızı alov irəli hücum edir, .. buğda dərzlərini yandırıb məhv edirdi. Ə.Vəliyev. Dənizin şıltaq ləpələri hücum edib izləri yalayır. H.Seyidbəyli. Hücuma keçmək 1) ansızın hücum etmək, hücuma başlamaq. Qoşunlar gecəyarı hücuma keçdilər. [Qətibə:[ Rey qoşunu Qəzvin altına gəlmədən qabaq müharibəyə başlanmasın, hərgah azərbaycanlılar hücuma keçərsə, müdafiə halında durmalısınız. M.S.Ordubadi; 2) birinə qarşı müdafiədən hücuma keçmək. Ramazan hücuma keçib, usta Nemətin boğazını qurutmuşdu. M.Hüseyn. Hidayət açıq hücuma keçdi, qorxub çəkinmədi. B.Bayramov. // Ələ keçirmək, yaxud xəsarət yetirmək və s. üçün üzərinə atılma. Silahlı hücum. Canavarın qoyunlara hücumu. // Basqın. Quldurların hücumu. - Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. M.F.Axundzadə. □ Hücum etmək - basqın etmək. İttihamla, yaxud qərəzlə birinin üstünə düşmə, ağır sözlərlə üzərinə həmlə etmə. Keflilik İskəndəri Şeyx Nəsrullahın fitvalarından, avamın hücumundan qoruyur, ölümdən saxlayır. M.İbrahimov. // məc. Özünə tabe etmək və ya qarşısını almaq üçün göstərilən ciddi fəaliyyət, əməliyyat. Kortəbii qüvvələr üzərinə hücum. Selə qarşı hücum genişlənir. Çəyirtkəyə qarşı hücum.
Pələng nərə çəkir hücumdan qabaq; Bir an da bir yerdə durmayaraq. B.Vahabzadə.
idm. Futbol, xokkey, şahmat və s. oyunlarda: xal qazanmaq üçün daha fəal hərəkətə keçmə, irəliləməyə çalışma, mübarizəni gərginləşdirmə, rəqibi sıxışdırma.
Mərkəz hücumçusunun hücumu. Boksçunun gözlənilməz hücumu. Atla şah cinahına hücum. - Fəxrəddin hücum başlandığını görüncə, topu havaya tullayaraq Alacanı mahmızladı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....