Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HÖRÜK

is. 1. Hörülmüş qadın saçı; saç burumu; hörmə. Qızın xurmayı hörüyü. [Yasəmən] .. başını yumaq fikri ilə qara, uzun saçlarını hörükdən açıb döşünə tökdü. S.S.Axundov. Tükəzban xalanın .. əyildikcə yoğun hörükləri çiynindən sürüşüb sinəsinə düşürdü. İ.Şıxlı. □ Hörük etmək - hörmək, hörük şəklinə salmaq. Gülşad göyzəmin krep-satindən yaxası düyməli, qollu, uzun don geymiş, hamar daradığı gur, sarışın saçını iki hörük edib kürəyinə atmışdı. Ə.Əbülhəsən. // sif. Hörülmüş, hörük şəklində olan. Topuqlarına qədər uzanan iri hörük saçından başqa onun heç bir köhnə Zeynəbliyi qalmayıbdır. Qantəmir.
Otlamaq üçün buraxılan heyvanın uzağa qaçmamaq üçün ayağından bağlanan uzun ip. Inəyin hörüyü. Qoyunun hörüyünü dəyişmək. - Birdən baxdı ki, alaçıqlardan o tərəfdə çoxlu at var, [amma] hamısı hörükdədi. "Aşıq Ələsgər”. Dumanlar dağılır ətrafa qat-qat; Arabir kişnəyir hörükdəki at. S.Vurğun.
Bir-birinə sarınmış, hörülmüş hər cür şey. Gül hörüyü. - Ovçu .. müxtəlif bitkilərin uzun hörüklərindən yapışıb, özünü yuxarı qaldırır, girinti-çıxıntıları ayaqları altında pillə edərək, sanki dik bir divara dırmaşırdı. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....