Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HÖKMFƏRMA
is. [ər. hökm və fars. ...fərma[ Hökm sürmə, hökmran olma. Lakin .. [Muxtar[ sabaha qədər yata bilmədi, tərəddüd yenə hökmfərma idi. Çəmənzəminli. Hər tərəfdə bir qəbiristan sükutu hökmfərma idi. M.S.Ordubadi. □ Hökmfərma olmaq - 1) hökm sürmək, hökmran olmaq. [Cavad bəy:[ ..Şərqdə hər zülm fot olacaq, ədalət, insaniyyət hökmfərma olacaq... N.Vəzirov; 2) məc. çox yayılmaq, şiddət göstərmək. [Xarrat:[ Nə edəsən ki, məhəlləmizdə hökmfərma olan bir gözağrısı hasil oldu, buna sirayət etdi. T.Ş.Simurq. ..Kərimovun səsi ətrafda hökmfərma olan gözəl ahəngi pozdu.. H.Seyidbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....