Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HÖCƏT
[ər.] 1. is. Öz dediyindən, əməlindən, xasiyyətindən əl çəkməmə; inad, inadkarlıq, tərslik. [Rüstəm kişi:] Nə höcətsən, ay arvad! Deyirlər, yemlə, yemlə, vəssəlam! M.İbrahimov. [Hatəmxan ağa:] Sən onu tanımırsan, məgər ki, necə höcətdir. M.F.Axundzadə. □ Höcət etmək - öz tərsliyindən, inadından əl çəkməyərək mü bahisə etmək; höcətləşmək. Bu yeddi nəfər isə hələ höcət edirdi. Ə.Əbülhəsən. // Mübahisə, çəkişmə, dava. Əgər iki tazı bir dovşan tutsaydı, tazı sahibləri arasında höcət və dava başlanardı. H.Sarabski. Maralın .. höcəti də həmin bu kötüyün üstündə olmuşdu. Ə.Əbülhəsən.
2. sif. İnadkar, inad, inadcıl, tərs, höcətçi. [Leyla xanım:] Mən qorxuram, Rəhim kişi məni xataya sala, höcət adamdır. N.Vəzirov. [Sərvinaz Nəcəfalıya:] Elə bil bu ata uşağının hamısı anadan höcət (z.), hirsli gəlib. B.Bayramov.
□□ Höcəti kəsmək - aradakı mübahisəni, davanı həll etmək. Hatəmbaba [Sənəm və Qənbərin] höcətini kəsdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....