Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HİSLƏNMƏK
f. 1. Tüstülənmək, yaxşı yanmadığından his buraxmaq. Tonqal hislənir. Ocaq hislənirdi. - Əhməd şüşəsi hislənmiş (f.sif.) lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. İ.Şıxlı.
2. His çəkmək, hisə bulanmaq, hisdən qaralmaq. Lampanın şüşəsi hislənmişdir. Babalarımızın bu köhnə “imarət”ə (qara dama) nədən “qara” adı verdiyini bilirsinizmi? Iki şeydən: biri, üstünə tökülən qara torpaqdan, o biri, tüstüdən içərisi hislənib, qurum tutaraq qaralmağından. S.S.Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....