Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HİS

is. 1. Yanan bir şeydən çıxan kəsif tüstü. Ocağın hisi. Tonqalın hisi. - Yel əsdikcə fənərin hisi artdı, işığın dairəsi get-gedə kiçildi, zəiflənən alov qaranlığın qüvvətli pəncəsində boğuldu.. S.Rəhimov.
2. Həmin tüstüdən əşyaların üzərinə qonan qara çöküntü; qurum. Pəncərənin hisini təmizləmək. - Sağ tərəfdə isə taxtası köhnə və hisdən qaralmış bir qapı vardır. H.Nəzərli. Yazısı pozulmuş kağız hisdən sapsarı saralmışdı. B.Bayramov. □ His basmaq (bağlamaq) - üzərində qurum əmələ gəlmək, hisdən qaralmaq. [Qəhrəmanın] fikri yenə də dolana-dolana hərəkət edir, .. ağacları his bağlamış damda dayanırdı. S.Rəhimov. Mətbəxin divarlarını his basmışdı. Ə.Sadıq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....