Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HİRSLİ
sif 1. Hiddətli, acıqlı, qəzəbli, hirslənmiş. Hirsli kişi. - [Məşədi Qəzənfər:]
Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır? Ü.Hacıbəyov. [Mahmud] hirsli arvaddan əvvəlcə qorxdu. Ə.Əbülhəsən. // zərf Hirsli-hirsli. Hirsli danışmaq. Hirsli cavab vermək. - Nazir yerindən durmayıb, üzünü Salmana tutub hirsli soruşdu.. Ə.Haqverdiyev. Övrət hirsli girir ərinin otağına və başlayır bu cür məzəmmət eləməyə: - A kişi, sən olasan Allah, bu kitabları və kağızları tulla cəhənnəmə. C.Məmmədquluzadə. // Hirs, acıq, qəzəb ifadə edən; qəzəbli, acıqlı. Hirsli nəzər. Hirsli görkəm. Geniş açılmış qırpımsız, hirsli gözləri gördükdə [arvada] elə gəldi ki, kişi heç bir an da yatmayıb. İ.Hüseynov.
2. məc. Şiddətli, kəskin, coşqun. Hirsli hava. Hirsli dəniz. - Axşamdan bəridir könlümdə yenə; Hirsli fırtınalar, qasırğalar var. S.Vurğun.
hirsli-hirsli zərf Hirsli halda, qəzəbliqəzəbli, hiddətlənərək, acıqlı-acıqlı; qəzəblə, hirslə, hiddətlə. Hirsli-hirsli danışmaq.
Qara bəy hirsli-hirsli Oruca baxdı. Ə.Vəliyev. [Rəşid:] Canbalayevin hirslihirsli bir-birinə sıxılmış dodaqları, zəhmli gözləri təsəvvürümdən silinmirdi. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....