Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HİNDU

bax hindli. [Şeyx Sənan günəşi göstərir:] Türk, hindu, ərəb, əcəm bilməz; Nuri hər yanda artar, əksilməz... H.Cavid. Hindu xal - hindli qadınların adətən üzlərinə (daha çox alınlarına) qoyduqları xal, qara xal (əsasən klassik şeirdə). Müəttər saçını, hindu xalını; Yetirdi hər dərdim dəvayə, pəri! M.P.Vaqif. Yusifin atdığı zoğalın biri [Şahpərinin] geniş ağ alnına dəyib əzildi, qızın çatma qaşları arasına hindu xal qoydu. B.Bayramov. Hindu xallı
üzündə, ya alnında qara xal olan, qara xallı. Qara telli, hindu xallı Məşuqənin al yanaqlarında ani olaraq bir solğunluq gəzdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....