Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HİMAYƏ

is. [ər.] Birini (daha zəif olanı) qoruma, ona havadarlıq və qayğı göstərmə, qanadı altına alma; himayəçilik. Nənə himayəsində böyümək. - Telli indi bir ilə yaxındı ki, qaynının himayəsində yaşayırdı. S.Hüseyn. Aslan [Mansuru] götürüb, öz himayəsi altında saxlayaraq .. oxutdururdu. C.Cabbarlı. □ Himayə olmaq - bax himayəsinə almaq (götürmək). [Dərviş:] Bu fikri başından çıxart, qızım, get, atana himayə ol! Ə.Haqverdiyev. Himayəsinə almaq (götürmək) - himayə etmək, havadarlıq etmək, qayğı göstərmək; sığındırmaq, qanadı altına almaq. Yetimləri himayəsinə götürmək. - [Səlim] həm onu, həm oğlunu; Aldı himayəsinə. B.Vahabzadə. // Məc. mənada. ..Qız qaratikan kolunun himayəsinə sığınmış xırdaca çiçəkli boyaqgülünün kövrək zoğlarını gördü. Ə.Məmmədxanlı.
// məc. Qayğı, kömək, diqqət, arxa. Yoldaşın himayəsi. - [Fərman Mələyə:] Yaxşı bir dostun himayəsinə, köməyinə ehtiyacın vardır. M.İbrahimov. □ Himayə etmək qorumaq, qanadı altına almaq. ..Iran əksinqilabını himayə edən çar hökuməti öz içərisindən çürüməkdədir. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....