Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏZZ
is. [ər.] Xoş bir şeydən duyulan ləzzət, nəşə, zövq, sevinc hissi; yüksək məmnunluq hissi, xoşlanma. Münəvvər xanım isə ağlaya-ağlaya deyirdi: - Öz həzzindən ötrü məni bir bəlaya giriftar elədin ki, axırı həlakətdir. M.S.Ordubadi. □ Həzz almaq (duymaq) - ləzzət almaq, zövq almaq, nəşələnmək, xoşlanmaq. Ruhnəvaz xanım Qurbanlının gəlməsindən heç bir həzz duymurdu. Çəmənzəminli. Rüstəm yaşamaq, qız nəvələrini böyütmək, təzə zəmanədən doyunca həzz almaq istəyirdi. S.Rəhimov. Payız, qış və yaz ayları məktəbdə çalışan Əhməd yay məzuniyyətini ailəsi ilə birlikdə dağlarda keçirməkdən xüsusi həzz alardı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....