Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏYƏCANLI
sif. 1. Həyəcan keçirən, həyəcan duyan, əsəbi, əsəbiyyət halında olan, coşmuş. Məhərrəm bütün ömründə bu qədər həyəcanlı olmamışdı. H.Nəzərli. Sevinc Ismayılzadəyə: - Sizə nə olub, niyə belə həyəcanlısınız? Z.Xəlil. // Həyəcan, təlaş, iztirab, narahatlıq ifadə edən. Həyəcanlı nəzər. Həyəcanlı sözlər. - Biz bu həyəcanlı baxışlarda insan ürəyinin ən əziz, ən müqəddəs hisslərini oxuyuruq. M.İbrahimov. // Həyəcan, iztirab doğuran. Həyəcanlı xəbər. - Birdən eşitdiyim həyəcanlı bir səs məni yuxudan ayıltdı. S.Hüseyn. [Səfər və Tanrıverdi: həyəcanlı bir səslə:] - Allah özü bağışlasın. Qurban da belə getdi... A.Şaiq. // Həyəcan və iztirabla dolu; təşvişli, iztirablı. Həyəcanlı anlar. - Neft və milyonlar şəhəri Bakı həyəcanlı günlər keçirirdi. M.Hüseyn. // Zərf mənasında. Həyəcanlı danışmaq. - [Qonaq Mollanın] hirsli-hirsli təsbeh çevirdiyini, həm də çox həyəcanlı olduğunu sezdi. İ.Şıxlı.
2. məc. Coşqun, təlatümlü, dalğalı. Həyəcanlı dəniz.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....