Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏYƏCAN
is. [ər.] 1. Hər hansı bir səbəbdən doğan daxili təlaş, narahatlıq, təşviş, iztirab. Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. M.S.Ordubadi. Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı. Mir Cəlal. Həyəcan keçirmək - narahat olmaq, təlaş keçirmək, iztirab keçirmək, həyəcanlanmaq. Çərkəz, dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı. Teymur qaranlıqda qızın üzünü görə bilməsə də, onun həyəcan keçirdiyini hiss etdi. H.Seyidbəyli. □ Həyəcana düşmək (gəlmək) təşvişə düşmək, narahat olmaq, həyəcanlanmaq, iztiraba düşmək. Vəliəhdə gəldikdə, gözəl qızın həya tərləri içərisində üzdüyünü görüncə həyəcana düşmüşdü. M.S.Ordubadi. [Musa kişi] Firidunu görmədikdə həyəcana düşdü. M.İbrahimov.
Vəlvələ, çaxnaşma, küy. [Tərxan:] Bax, nədir o axın, yürüş, həyəcan? A.Şaiq.
Təhlükə, təhlükəli vəziyyət, həmin vəziyyəti bildirən siqnal. Həyəcan siqnalı döyüşçüləri ayağa qaldırdı. Ə.Vəliyev.
məc. Dalğalanma, kükrəmə, coşma, tüğyan. Dənizin həyəcanını sahilin sakitliyi əvəz eləmişdi. B.Bayramov. Həyəcanla şəklində zərf - həyəcan içində, həyəcanlı surətdə, coşqunluqla. Həyəcanla danışmaq. Həyəcanla oxumaq. - Sinif qapıları açılır birdən; Çıxır həyəcanla birbir uşaqlar. N.Rəfibəyli. Günlər həyəcanla ötüşdü bir-bir; Yatmadım bəzən də səhərə qədər. N.Xəzri.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....