Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HƏYAT

is. [ər.] 1. Materiyanın hərəkətinin müəyyən inkişaf mərhələsində əmələ gələn xüsusi forması; varlıq, dirilik. Yerdə həyatın əmələ gəlməsi. - Bunları duyduqca, düşündükcə mən; Həyata, varlığa məftun oluram. S.Vurğun.
Omür. Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi. S.Rəhman. Bir gün həyatımda yellər qopacaq; Omür öz tağından salacaq məni. M.Araz.
Canlı vücudun törədiyi andan yox olana qədərki dövr (bütöv dövr və ya onun bir hissəsi); ömür. Həyatında bir dəfə də olsun xəstələnməyib. Həyatının məsud çağları. Hər kəs bilir həyatın sonu ölümdür; Ah bu qəmli dəyişmə yaman zülümdür. M.Müşfiq. 0am əgər yanmırsa, yaşamır demək; Onun da həyatı yanmağındadır! B.Vahabzadə. // İnsanın keçirdiyi ömür və gördüyü işlər; tərcümeyi-hal. Öz həyatından danışmaq. Açıb qarşısında külliyyatını; Öyrənir şairin
o, həyatını! S.Vurğun. [Zərqələm] həyatından və ailəsindən danışdı. Ə.Sadıq. // Bir adamın müəyyən yerdə yaşadığı dövr. M.F.Axundzadənin Tiflis həyatı. - Beləliklə, Qəhrəmanın texnikum həyatı davam edirdi. S.Rəhimov. Cəbhə həyatı günü-gündən [Firidunun] qanına, vərdişinə keçirdi. Mir Cəlal. // Məişət, yaşayış qaydası. Avropa həyat tərzi. Şəhər həyatı. Kənd həyatı. // Dolanacaq, yaşayış tərzi. Tüfeyli həyat. Köçəri həyat. Sərsəri həyat. // Dirilik, canlılıq. Həyat əsəri yoxdur. // məc. Canlanma, dirçəlmə, hərəkət, qaynaşma, qızğın fəaliyyət. Tikinti sahəsində həyat qaynayır.
məc. İnsanda cismani və mənəvi qüvvələrin təzahürü. Onun hərəkət və sözlərində coşqun həyat duyulur. □ Həyat eşqi yaşamaq arzusu. Insanların ürəyində yeni bir həyat eşqi oyandı. Ə.Məmmədxanlı. Çırpınsın həyat eşqi; Gözlərində, qanında; Bundan ləkə görünməz; Inan ki, vicdanında. N.Rəfibəyli. Hər hansı bir sahədə yaşayış və inkişafı səciyyələndirən hadisələrin məcmusu. Ölkənin təsərrüfat həyatı. Beynəlxalq həyat. Mədəni həyat. Mənəvi həyat.
Bizi əhatə edən real varlıq. Elmin həyatla əlaqəsi. Elm həyatdan ayrı yaşaya bilməz.
□□ Həyat keçirmək (sürmək) - yaşamaq, ömür sürmək, ömrünü bu və ya başqa tərzdə keçirmək. Içərişəhərdə qaranlıq, dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. A.Şaiq. Uzun illər böyük bir etibara malik olan Nemətullayev çox sakit həyat sürər və gələcək üçün ehtiyat görərdi. S.Rəhimov. Həyat vermək - canlandırmaq, ruhlandırmaq. O vicdan qızının ehtişamı çar; Qəlbə həyat verir gülümsəyərək. S.Vurğun. Həyat yoldaşı - ər və ya arvad. [Məsmə:] Kor Seyidə nişanlandığım gündən təsəvvür etdiyim gənc həyat yoldaşımdan məhrum edilmişdim. S.Hüseyn. Həyat yoldaşıdır Gülyaz; Dağlarda bəslənmiş bu gül. A.Şaiq. Həyata keçirilmək - yerinə yetirilmək, tətbiq edilmək. [Fəxrəddin:] Mərhum Atabəy Məhəmmədin qətlində həyata keçirilən macəranın təkrar olunmaması üçün belə də lazım idi. M.S.Ordubadi. Həyata keçirmək - yerinə yetirmək, tətbiq etmək. [Həmzə] şəhərdə şəriki ilə bu planı həyata keçirmək üçün konkret layihə də hazırlamış, elə buna görə də.. qardaşı Salamı tələsik şəhərə göndərmişdi. Ə.Əbülhəsən. Həyata keçmək - tətbiq olunmaq. [Hücum haqqında] müqavilə olduqca müvəffəqiyyətli bir surətdə həyata keçdi. M.S.Ordubadi. Həyata qaytarmaq - diriltmək, ölümdən qurtarmaq, ağır, təhlükəli xəstəlikdən qurtarmaq. Artıq heç bir dava-dərman ananı həyata qaytara bilməzdi.. Ə.Məmmədxanlı. Həyata vida etmək - b a x həyatla vidalaşmaq. Həyatdan geri qalmaq - həyatın tələbi ilə ayaqlaşa bilməmək. Ey mənim gözəl qızım; Qalma həyatdan geri; Oxu mükəmməl, qızım. M.Müşfiq. Həyatın nəbzini tutmaq - həyatın tələbinə görə yaşamaq, həyatdan geri qalmamaq. Həyatını qurban vermək - canını fəda etmək, ölmək (bir şəxs və ya bir iş yolunda). Həyatından keçmək - bir adam və ya bir şey yolunda canını fəda etmək. Həyatla vidalaşmaq tənt. - ölmək. Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq edir. M.S.Ordubadi. Həyat-məmat məsələsi - bax olüm-dirim məsələsi (“ölümdirim”də).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

swf
swf
Bağla
.....