Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏYA
is. [ər.[ 1. Abır, ar, ismət, namus, utanma hissi. ..Qulluqçuya oxşayan qızın simasında isə qüssə ilə qarışmış qəribə bir ismət və həya vardı. M.İbrahimov. Abır, həya, hörmət bilməyən gözəl; Çəksə də üzünə pərdə, yaraşmaz. Aşıq Şəmşir. □ Həya etmək (qılmaq) - utanmaq, abrını gözləmək, ədəb gözləmək, özünə ar bilmək, ar etmək, xəcalət çəkmək. Bir-iki küçə dolandısa da Nurəddin həya edib heç kəsə əl uzada (dilənə) bilmədi. S.S.Axundov. Gəlinin utancaqlığı, hətta gəlib başının üzərində dayanan adamın üzünə baxmaqdan həya eləməsi Səmədə daha xoş gəldi. İ.Hüseynov.
məc. Bədənin məhrəm (örtülü, ayıb) yeri. [Çopo:[ [Qızların[ həya yerlərindən başqa bədənləri tamamilə açıq idi. Çəmənzəminli.
□□ Həyanı yeyib, abrını tullamaq - heç bir şeydən utanmamaq, abrını atmaq, həyasızlıq etmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....