İzahlı lüğət

HƏVƏSKAR

is. və sif. [ər. həvəs və fars. ...kar[ 1. Bir şeyə, bir işə həvəsi, meyli olan, bir şeyi sevən, ona çox maraq və meyil göstərən (adam). Teatr həvəskarı. Futbol həvəskarları. Klassik musiqi həvəskarı. - Qız tayfası toylara getməyə çox həvəskar idilər. R.Əfəndiyev. Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə həvəskarı idi. İ.Əfəndiyev.
2. Xoşuna gəldiyi bir işlə peşəkar kimi deyil, bir maraqlı kimi məşğul olan (adam). Həvəskar bəstəkar. - Bu zaman həvəskar bir rəssam da molbertdə yerləşdirmiş olduğu bir kətan üzərinə bu iki çinar ağacının şəfəq sökərkən almış olduğu rəngi şəkil çəkməyə hazırlaşırdı. A.Şaiq. Bu adamların sevgisi o qədər böyük və o qədər inamlı idi ki, həvəskar artistlər bu sevgi uğrunda öz canlarından belə keçməyə hazır idilər. S.Rəhman. // Kifayət qədər hazırlığı olmadan bir işlə məşğul olan (adam).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed