Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HƏTTA

bağl. [ər.] Cümlədə aid olduğu sözü və ya söz birləşməsini ayırmaq və gücləndirmək üçün işlədilir - üstəlik, həm də, belə. Onu gördüm, hətta söhbət də etdim. Hamı, hətta uşaqlar da diqqətlə qulaq asırdılar. - Otların hamısı, hətta tikanlı boz qanqallar da çiçək açmışdı. İ.Əfəndiyev. [Əntərzadə] nəinki səliqə və məharətini, hətta başını da itirdi. Mir Cəlal. // Bəzən təkid üçün “belə” ədatı da əlavə olunmaqla işlədilir. Hətta gözümlə görsəm belə inanmaram. - Səba xanımın özü də Atabəylə tez-tez görüşməyi, hətta lazım olmadığı zaman belə adi bir işi bəhanə edərək, Atabəyin otağına soxulmağı sevirdi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....