Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏŞİR
is. [ər.] 1. Bax qiyamət 1-ci mənada.
Bax qiyamət 3-cü mənada. [Kəndlilər:] Bu həşir kimin evindədir? - deyə soruşurdular. T.Ş.Simurq. Həşrədək şəklində zərf - qiyamətəcən, heç vaxt. [Əmiraslan ağa:] [Onlara] elə toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar. S.S.Axundov. Məsəldir bu, gedər qılınc yarası; Sağalmaz həşrədək dərin söz dağı. M.Rahim. Həşrində şəklində - hayında, qayğısında, fikrində, qeydində. Keçi san həşrindədir, qəssab piy hayında. (Məsəl). Şamo hərlənirdi, hər kəs öz başının həşrində idi. S.Rəhimov.
□□ Həşir qoparmaq (qatmaq, salmaq) bax qiyamət qoparmaq 1-ci mənada. (“qiyamət”də). ..Ata və ana qarğa Nurəddinin başı üstünü alıb, elə həşir saldılar ki, deyəsən, bu saat onu dimdikləyib yerə salacaqdılar. S.S.Axundov. [Gülçöhrə:] Indi Asyaya desən ki, gəl səni [arşınmalçıya] ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayıyam? Ü.Hacıbəyov. [Muxtar:] Mən bu işə iqdam eləyəndə bilirdim ki, bir gün açılacaq, arvadım biləcək, həşir qoparacaqdır. B.Bayramov. Həşir qopmaq
bax qiyamət qopmaq (“qiyamət”də). Evdə bir həşir qopdu ki, gəl görəsən. “Kirpi”. Həşirə qalmaq - bax qiyamətə qalmaq (“qiyamət”də). Həşirə qədər bax qiyamətə qədər (qiyamətəcən) (“qiyamət”də).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....