Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏSSAS
sif [ər.] 1. Çox tez hiss edən, duyan, başa düşən, dərk edən, qavrayan. Həssas adam. - [Zakir:] Axı Mehriban həssas qızdır. H.Seyidbəyli. Leyla təəccübləndi:
Son dərəcə həssas oğlandır, - deyə ürəyindən keçirdi. B.Bayramov. // Çox tez təsirlənən, mütəəssir olan; riqqətli. [Halay Şiraslanın könlünü almaq üçün dedi:] Həssas qəlbinə toxunduğumuz üçün üzr istəyirik. S.Rəhimov. [Salman Mayaya:] Musiqi həssas ürəkləri titrədir. M.İbrahimov. // məc. Qəlbinazik, ürəyiyumşaq, şəfqətli, riqqətli, canıyanan. Möhsünzadə bir qədər həssas adam idi. Onu hər şeydən artıq aralıqda qalacaq uşaqların faciələri mütəəssir edirdi. S.Hüseyn.
Qıcıqlanmağı hiss edən, duyan. Həssas hüceyrələr. Həssas əsəb toxumaları. Həssas dəri.
xüs. Ən cüzi xarici təsiri əks etdirə bilən. Həssas cihaz. Həssas tərəzi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla