Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏRRAC
is. [ər.] Bir mülkün, şeyin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması; auksion, müzaidə. Bir yerdə ki, millətin haqqı hərrac malıdır; O ölkədə Vətən də, el də satılmalıdır. B.Vahabzadə. Hərrac bazarı - qədimdə qul satılan bazar. Yerli Azərbaycan feodalının hərrac bazarından satın alınmış qulu olan Elxan Azərbaycan xalqının bütün düşmənlərini öz şəxsi düşməni adlandırır və onlara qarşı çıxır. M.Arif. Hərraca qoymaq - hərrac qaydası ilə satışa qoymaq. Mülkü hərraca qoymaq. - [Koroğlu Bolu bəyə dedi:] Balam, bu Həsən paşa mənim yolumda qızlarını nə yaman hərraca qoyub satır? “Koroğlu”. [Hacı Əhməd:] Bəs mən ölmüşəm ki, diri-diri mənim bağımı hərraca qoyasan? C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla