Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HƏRLƏMƏK

f 1. Dairəvi şəkildə hərəkət etdirmək; fırlatmaq, dolandırmaq, hərləndirmək, aylandırmaq. Çarxı hərləmək. Gözləri sevinclə gülən bir qız və oğlan çiyin-ciyinə verərək qüvvətli əllərilə böyük bir təkəri hərləyir. M.İbrahimov. Cavan fəhlə cəld bir hərəkətlə əlindəki açarı quyuya endiriləcək boruya keçirərək hərlədi.. M.Hüseyn.
Dalını qabağa, yuxarısını aşağı və ya əksinə çevirmək; döndərmək, dolandırmaq, hərləndirmək, o tərəf-bu tərəfə çevirmək. Buruqçu Salman kepkasını hərləyib, ona baxan gənclərə göz gəzdirir, Ağbulaq meşələrinə səs sala-sala ucadan danışaraq sözünü qurtarmaq istəyirdi.. S.Rəhimov. Yüngül, səssiz addımlarla [qadın] manqalın yanına endi, arxasını gələn adama çevirib şişləri hərləməyə başladı. İ.Hüseynov. // Havada fırlatmaq, dolandırmaq, hərləndirmək. Qamçını hərləmək. Qumbaranı hərləyib atmaq. - [Vaqif] qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə güldana toxunub saldı. Çəmənzəminli. Usta Əbülqasım çəkicini hərləyərək cavab verdi. S.Rəhimov.
məc. Dalısınca düşüb izləmək, axtarmaq. Yaranal güclü qoşun götürüb, Nəbini dağlarda hərləməyə başladı. “Qaçaq Nəbi”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....