Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏRİSLİK
is. 1. Bir şeyi etməyə, yaxud öyrənməyə, bilməyə göstərilən hədsiz həvəs, meyil, maraq; aludəlik. Dükan qabağına toplaşanların əhvalatı öyrənmək hərisliyi daha da artırdı. Mir Cəlal. Qoşqarda hələ lap uşaqlıqdan soyuq suya bir hərislik vardı. İ.Hüseynov. Hərisliklə şəklində zərfi- acgözlüklə, ehtirasla. Hərisliklə yemək. - Xosrov bəy .. yenə də vəhşi bir hərisliklə Zərrintac xanıma baxır.. S.Rəhimov. [Nərgiz:[ Bütün bu hərəkətlərimdən özüm hərisliklə ləzzət çəkirdim. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....