Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏM
bağl. [fars.[ 1. Üstəlik, dəxi, ...da (də). Fələk, bari cəfalar eyləyib, sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq. S.Ə.Şirvani. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqərəsində həm olublar. N.Vəzirov.
2. Təkrar edilərək işləndikdə həmcins cümlə üzvlərini bir-birinə bağlayır. Həyat həm gülmək, həm ağlamaqdır; Lakin daha xoşdur döyüş çağları.. M.Müşfiq. Əgər Şahmar bu gUn çıxmasa, həm Nərminədən əli üzüləcək, həm imtahanlara gecikəcəkdi. Bayramov. // Eyni vəzifədə təkrar edildikdə sonuncu “həm” bağlayıcısı “həm də” şəklində işlədilir və cümlənin bitdiyini, fikrin sona yetdiyini bildirir. Həbib çay içir, Gözəl fındıq sındırır, söhbət həm qızışır, həm də şirinləşirdi. Ə.Vəliyev. Tapdıq həm ağlayır, həm də işarə ilə anasına müəllimin yanındakı sarıqlı şeyi göstərirdi. Ə.Vəliyev.
həm... [fars.[ Mürəkkəb sözlərin əvvəlinə gətirilərək şəriklik, birgəlik, qarşılıq mənasını bildirən sifət və isimlər düzəldilir; məs.: həmsöhbət, həmrəy, həmsərhəd, həmyerli, həmvətən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....