Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏQİR
sif və zərf [ər.] 1. Qədir-qiyməti, hörməti, etibarı olmayan; alçaq. Həqir baxma mənə qilü-qal bilməz isəm; Ki əhlihal arasında bəlayəm, ey bülbül! Qövsi. Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi. N.Nərimanov.
klas. Təvazökarlıqla özünü başqasının qabağında kiçiltmə, heç kimi göstərmə, özünə əhəmiyyət verməmə mənasında işlənir. [İskəndər:] Sən də gəl abidin yanında məni; Qızartma, burax bu həqir bəndəni. A.Şaiq.
Kasıb, yoxsul, miskin, zəlil. O birisi sadə və həqir geyimli otuz, ya bir qədər artıq sinli bir adam idi. C.Məmmədquluzadə. Şəhər kənarında bir; Daxma var idi həqir. Ə.Nəzmi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla