Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HƏQİQİ

sif. [ər.] 1. Həqiqətən mövcud olan və ya olmuş, həqiqətə uyğun olan; gerçək, real. Həqiqi vəziyyət. - Məsafə və zaman göz işləməyən bir zülmət içində sanki öz həqiqi ölçüsünü itirmişdi. Ə.Məmmədxanlı. // Saxta, süni, yapma, yalançı olmayan; əsil. Həqiqi simasını göstərmək. - [Nadir bəy:] Dərin bir eşq, həqiqi bir məhəbbət daima dilsizdir. H.Cavid. [Usta] ilk dəfə olaraq həqiqi eşqin nə olduğunu duydu. Çəmənzəminli. // Düz, doğru, səhih. Həqiqi söz. - Həqiqi yol ilə, getdiyim yerdə; Kəsib qabağımı sən, dayan, dedin. Aşıq Hüseyn. Əsil mənada, necə lazımsa elə, əsil. Həqiqi dost. Həqiqi sənətkar. - [Şair Ərəstun:] Belə ki, hay-küy yox, şerin əvəzində özünü vəkil seçib əl-qolunu ölçə-ölçə danışmaq yox, həqiqi sənəti yaratmaq lazımdır. S.Rəhimov. Müharibə göstərdi ki, ancaq çətinlikdən qorxmayan adam həqiqi qəhrəman ola bilər. Ə.Sadıq.
xüs. Elmi cəhətdən müəyyənləşdirilmiş, hadisənin mahiyyətinə uyğun. Həqiqi istilik tutumu. Həqiqi azimut.
□□ Həqiqi (hərbi) xidmət - kadr qoşunlarında (hərbi) xidmət. Həqiqi üzv - bəzi elmi idarələrin, cəmiyyətlərin və s. üzvünə verilən ad. Elmlər Akademiyasının həqiqi üzvü.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....