Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏFTƏ
is. [fars.] Şənbədən bazar gününə qədər yeddi günə bərabər vaxt ölçüsü vahidi. Həftənin birinci günü. Bütün həftəni işləmək. - Dolandı həftələr, dolandı aylar; Sənətlə bir yerdə ucaldı Aygün. S.Vurğun. Həftələr, aylar keçir; Axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli. R.Rza. // Hər hansı gündən başlayaraq hesablanan yeddigünlük vaxt, müddət. Xəstəlik iki həftədən bəridir ki, davam edirdi. M.S.Ordubadi. Əhmədov bir həftə deyildi ki, buraya, tikinti işinə icraçı mühəndis təyin olunmuşdu. Mir Cəlal. // Bir hadisəyə və ya bir şeyə, tədbirə həsr edilmiş yeddigünlük müddət. Yaşıllaşdırma həftəsi. Uşaq ədəbiyyatı həftəsi. Ədəbiyyat və incəsənət həftəsi.
□□ Həftə səkkiz, mən doqquz - həmişə, daima, tez-tez. Həftə səkkiz, mən doqquz xəstələnir. Həftə səkkiz, mən doqquz maşın xarab olur. - [Fərhad] həftə səkkiz, mən doqquz kağız yazıb, Aslandan pul istəyirdi. Cabbarlı. [Yunis xalasına:] Budur, Yaqut ərə getdiyi üç ay deyil, amma axır zamanlar həftə səkkiz, mən doqquz gəlib, anasının yanında qalır. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....