Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HƏCM
is. [ər.] 1. Bir şeyin kub vahidləri ilə ölçülən uzunluğu, hündürlüyü və eni. Həndəsi cismin həcmi. Kubun həcmi. Binanın həcmi.
2. Ölçü, böyüklük, miqdar və s. baxımından bir şeyin tutumu. Çəlləyin həcmi. Vaqonun həcmi. - Külli miqdarda neft və qaz yalnız böyük həcmdə boşluqları, yəni müəyyən məsamələri olan süxurlarda yerləşir. “Neft və qaz quyularının qazılması”. // məc. Böyüklük, ölçü, kəmiyyət və s. cəhətdən bir şeyin miqyası. Işin həcmi. Tikinti işlərinin həcmi. - Nizami qoltuğundan böyük bir dəftər həcmində bir məktub çıxarıb Fəxrəddinə verdi. M.S.Ordubadi.
□□ Həcm ölçüləri - maye və dənəvər maddələrin ölçüləri (litr, kubmetr və s.).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....