Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HEYVƏRƏ
sif. və is. 1. Kobud, qanmaz, ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağzıyava, ağzıpozuq. Heyvərə adam. Heyvərənin biridir, dindirməsən yaxşıdır. - Qışqırdı bir qədər, zəhərdən acı; Qızışdı getdikcə heyvərə hacı. H.K.Sanılı. // Bəzən söyüş kimi işlədilir. [İsmayıl bəy:] Yalan danışma, heyvərə, mənim öz atlarım harada qalmışdı ki, səndən at istəyə idim. N.Vəzirov.
Yekə, zorba, nataraz, yöndəmsiz. Bozdar .. qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. S.S.Axundov. Qamışın qalın bir yerində heyvərə bir çaqqal yerə sərilmişdi. M.Rzaquluzadə.
zərf Avara-avara, boş-boş, avara-sərgərdan. Dəxi ol sərvi-qədin kuyinə cənnət deyibən; Gəzmərəm küçələri heyvərə bundan sonra. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....