Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HEYVANİ
sif. [ər.] 1. Heyvan ətindən, südündən, yağından və s.-dən hazırlanan, alınan; üzvi. Heyvani maddələr. Heyvani məhsullardan ancaq süddə şəkər vardır. Heyvana (heyvanlara) xas olan; heyvana aid olan; qeyri-şüuri. Heyvani həyat. [Məhbusi] düşünürdü. Bir az iş gecikərsə bütün həyatı və taleyinin təhlükə altına düşəcəyi onu qorxudur, qəlbində heyvani bir vahimə oyadırdı. M.İbrahimov. Kamal [qorxaqlığa] çoxdan qalib gəlmiş, sonra bu ibtidai heyvani qorxaqlığa özü nə qədər gülmüşdü. M.Rzaquluzadə. // məc. Şəhvani, cismani. Heyvani hisslər. - [Qətibə:] Hüsaməddin anlamamışdır ki, mən heç kəsə satılmamışam. Lakin o bilmir ki, o özü bir qadının quru vədəsinə və özünün heyvani bir düşüncəsi xatirinə bir məmləkəti satmaq üzrədir. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....