Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HEÇLİK
is. 1. Yoxluq, fanilik, ədəm, mövcud olmama (varlıq ziddi). Ölüm bir iblisdir, həyat bir mələk! Varlığı izləyir heçlik kölgətək. S.Vurğun. [Məhəmməd:] Varlığı heçliyə mən dəyişərdim; Əgər bu dünyada sən olmasaydın. B.Vahabzadə. // Məc. mənada. Buludlar yığışır üstümə lay-lay; Içimdə bir boşluq, heçlik duyuram. S.Vurğun. // məc. Fəza, boşluq. Seyr etdim o heçlikləri mən də; Çırpındı könül matəm içində. H.Cavid. Sağır göy altında gələrək vəcdə; Sonsuz bir heçliyə eylədi səcdə. M.Müşfiq.
2. məc. Mənasızlıq, boşluq, naçizlik, miskinlik. Sadıq da, Xəlil də “danabaşlıların” həyatının bütün heçliyini, mənasızlığını görür və dərk edir. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....