Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HAZIRLIQ

is. 1. Bir iş görmək üçün hazırlaşma, hazır olma. Yaz əkininə hazırlıq. [Ceyranın] fikrinə gəlir ki, [Eldar] bəzi hazırlıqlar üçün evə getmişdir. S.Hüseyn. Ehtiyat xala bütün gecəni oğlu ilə, onun səfər hazırlığı ilə məşğul oldu. Mir Cəlal. □ Hazırlıq aparmaq - bax hazırlıq görmək. [Atabəy:] Sabahdan başlayaraq ordunun hərəkəti üçün hazırlıq aparmalısınız. M.S.Ordubadi. Hazırlıq görmək - bir iş üçün lazımi tədarüklər görmək. Yola hazırlıq görmək. Bayrama hazırlıq görmək. - Kor padşah bir gün vəzir-vəkilini çağırıb, əmr elədi ki, hazırlıq görsünlər. (Nağıl). [Zahidoğlu] şofer Bağdadı çağırıb səfər üçün hazırlıq görməyi ona tapşırdı. S.Rəhimov.
Məşğələ, dərs, mütaliə prosesində əldə edilən bilik ehtiyatı. Imtahanda hazırlığını nümayiş etdirmək. Hazırlığı olmamaq. Hazırlıq dərəcəsi.
Tədarük edilmiş şey; tədarük. Taxıl hazırlığı. Pambıq hazırlığı. - Novruz öz atları və özü üçün Culfadan hazırlıq götürəcəkdi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....