Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HAZIRLAŞMAQ
f. 1. Bir iş görmək və ya bir yerə getmək üçün hazırlıq görmək, hazırlanmaq, özünü hazır etmək. Yola düşməyə hazırlaşmaq. Köçməyə hazırlaşmaq. - ..Bir istəkan çay içib, bir tikə çörək yeyib hazırlaşdım evdən çıxmağa. C.Məmmədquluzadə. [Qəhrəman:] Hər iki tərəf qəti hücuma hazırlaşırdı. H.Nəzərli.
2. Oxuyub öyrənmək, bir şey üzərində işləmək, çalışmaq. Fizikadan hazırlaşmaq. Mühazirələrə hazırlaşmaq. Universitetə girməyə hazırlaşmaq. - Bütün qrup bir neçə briqadaya bölünür, briqadanın rəhbərliyi ilə dərsə hazırlaşırdı. Mir Cəlal. [İkram] kəndə getməsəydi dostu Məmməd onun yanına gələcək, fizikadan imtahan vermək üçün oxuyub yaxşı hazırlaşacaqdılar. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....