Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HAY-KÜY

1. is. Səs-küy, qışqırtı, bağırtı, hay-haray, gurultu, qalmaqal, dava, mərəkə. Bir gün Nəbi Zəngəzur mahalında kiçik bir kəndin yanından keçərkən qulağına hay-küy səsi gəlir. “Qaçaq Nəbi”. Yaylanın başından hay-küy səsi gəlirdi. Mir Cəlal. □ Hay-küy salmaq (qaldırmaq) - qışqırmaq, bağırmaq, səs-küy salmaq. Səlim böyük hay-küy qaldırdı. M.İbrahimov. [Umid Mikayıla:] Son vaxtlar [Səfiyarın] hay-küy salıb özündən çıxması da bunun üstündədir. B.Bayramov. // Səs-küy. Adətən limana yaxınlaşan gəmilərdə yaman hay-küy olur. M.Rzaquluzadə. Hay-küy salmaq - bərkdən danışmaq, səs-küy salmaq. Sadıqzadə əlini qaldırıb hay-küy salan gəncləri sakit etməyə çalışdı. S.Rəhimov. Hay-küylə şəklində zərf- hay-küy salaraq, qışqıraraq, bağıraraq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....